İtaliya dünya çempionatına qatıla bilər

İtaliya dünya çempionatına qatıla bilər

İtaliya millisi Qətərdə keçiriləcək dünya çempionatına gedə bilər. Bu, FİFA İranı yarışın iştirakçıları siyahısından çıxararsa, mümkün olacaq.

Buna səbəb İranda qadınların stadionlara getməsinə icazə verilməməsidir. Təşkilat bu üzdən yığmanı turnirdən kənarlaşdıra bilər.

Milli komandalardan biri yarışa qatılmazsa, turnirə İtaliya qoşulacaq. Çünki final mərhələsinə qatılmayanlar arasında dünya reytinqində ən yüksək əmsala italyanlar sahibdir.

ETOPAZ

Əvvəlki yazı

“Real”da yeni oyunçu

Növbəti yazı

DÇ-2022: Səbətlər müəyyənləşdi