İtaliano “Napoli” yolunda

İtaliano “Napoli” yolunda

“Fiorentina”nın baş məşqçisi Vinçenzo İtaliano komandanı tərk edə bilər. O, “Napoli”yə keçməyə yaxındır.

Mütəxəssis neapollularla danışıqlar aparır. 46 yaşlı çalışdırıcı mövsümün sonunda, klubla müqaviləsi başa çatdıqdan sonra “Fiorentina”dan ayrılacaq.

O, 2021-ci ildən Florensiya təmsilçisinə rəhbərlik edir. Cari mövsümdə 29 oyundan sonra komanda 43 xalla A Seriyasında onuncu pilləsində qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”dən səfər qələbəsi

Növbəti yazı

Ten Haq üçün son şans