İspaniya finalda!

İspaniya finalda!

AVRO-2024-də mübarizə sona yaxınlaşır. Bu gün turnirin yarımfinal mərhələsinə start verilib.

İspaniya Fransa ilə qarşılaşıb. Oyunda hesabı “üçrənglilər” açıb. Randal Kolo Muani Mbappenin ötürməsini qolla tamamlayıb. Lakin “qırmızı fürya” özünə gəlməyi bacarıb. Öncə Lamin Yamal baxımlı qola imza atıb. Ardından Dani Olmo komandasını hesabda irəli çıxarıb – 2:1.

Bununla da, İspaniya finala yüksəlib. Komandanın həlledici matçdakı rəqibi İngiltərə – Niderland duelində bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”də növbəti ayrılıq

Növbəti yazı

Yamaldan daha bir uğur