“İnter” Brozoviçlə anlaşdı

“İnter” Brozoviçlə anlaşdı

“İnter”i Marselo Brozoviçlə yeni müqaviləni razılaşdırıb. Xorvatiyalı yarımmüdafiəçi ilə Milan təmsilçisi arasında yeni anlaşma 2026-cı ilədək nəzərdə tutulub.

29 yaşlı futbolçu ildə vergilər çıxıldıqdan sonra 6 milyon avro qazanacaq. Bonuslar hesabına bu rəqəm 7 milyona da çata bilər.

Brozoviç klubdan 8 milyon tələb edirdi. İngiltərə “Nyukasl”ı da bu maaşı ödəməyə hazır idi. Lakin xorvatiyalı “İnter”də qalmağa üstünlük verib. Marselo A seriyasının cari mövsümündə 20 matçda bir assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Kanninqemdən rekord

Növbəti yazı

Türkiyə millisinin sabiq futbolçusu qəzada öldü