İngiltərədən darmadağın

İngiltərədən darmadağın

Qətərdəki DÇ-2022-nin 1/8 final mərhələsində daha bir oyun baş tutub. C qrupunun qalibi olan İngiltərə D qrupunun ikincisi Seneqalı sınağa çəkib.

Afrika təmsilçisi matçın əvvəlində yaxşı təsir bağışlasa da, çempionluğa namizədlərdən sayılan İngiltərə sensasiyaya imkan verməyib. Fasilə ərəfəsində futbolun yaradıcıları 2 qola imza atıb.

Cordan Henderson 39-cu, Harri Keyn 45+3-cü dəqiqədə fərqlənib. İkinci hissənin əvvəlində ingiltərəlilər üstünlüyünü artırıb. Bukayo Saka darmadağını rəsmiləşdirib – 3:0. DÇ-2018-in yarımfinalçısı bu qələbə ilə 1/4 finala adlayıb.

Qeyd edək ki, bunadək Niderland, Argentina və Fransa da 1/4 finala yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Bellingem tarixə düşdü

Növbəti yazı

İngiltərə Fransaya rəqib oldu