İngiltərə zirvədə, Azərbaycan gerilədi

İngiltərə zirvədə, Azərbaycan gerilədi

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna Avropa Liqası və Konfrans Liqasının Liqa mərhələsinin II turunun matçlarının nəticələri səbəb olub.

Baş tutan 34 qarşılaşmadan sonra bəzi ölkələrin xal hesabları və mövqeləri dəyişib. Bu, Azərbaycandan da yan ötməyib.

Avropa Liqasında oynayan “Qarabağ” öz meydanında “Malmö”yə uduzub – 1:2. Bununla da Azərbaycanın xal hesabı dəyişməz qalıb. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 28-cidir. Bir pillə geriləyən ölkəmiz Bolqarıstanı özündən önə buraxıb. Ötən həftə “Qarabağ” “Tottenhem”ə 0:3 hesabı ilə uduzanda Rumıniyadan geri düşən Azərbaycan yenidən mövqeyini əldən verib.

Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

İki pillə irəliləyən İsveç isə Slovakiya və Macarıstanı arxada qoyub. Bundan başqa, Qazaxıstan Bosniya və Herseqovinanı, Latviya İslandiyanı, İrlandiya Kosovonu, Yunanıstan Danimarkanı keçib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 92,446 xal.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” və “Fiorentina”dan inamlı qələbə

Növbəti yazı

Millimizin heyəti açıqlandı