İlk titul

İlk titul

Manamada keçirilən “Çelencer” turniri başa çatıb. Turnirin qalibi adını dünyanın 222-ci raketkası Ramkumar Ramanatan qazanıb. O, finalda rusiyalı Yevgeni Karlovskini məğlubiyyətə uğradıb – 6:1, 6:4.

Bu, 27 yaşlı hindistanlının karyerasında ilk tituldur. Bunadək “Çelencer”də 6 final oynayan tennisçi bütün həlledici qarşılaşmalarda uduzub. Onun ilk belə finalı 2017-ci ilə təsadüf edib.

Qeyd edək ki, ən yüksək reytinqi 111-ci yer olan Ramanatan ATP seriyalı turnirlərdə də bir dəfə final həyəcanı yaşayıb. O, buna 2018-ci ildə Nyuportda nail olub.

ETOPAZ

Əvvəlki yazı

Benzemadan rekord

Növbəti yazı

“Qolden Steyt” iki basketbolçunu göndərdi