İlin ən çox qol vuran futbolçuları

İlin ən çox qol vuran futbolçuları

Milli çempionatların yüksək liqalarında bu il ən çox qol vuran futbolçular açıqlanıb. İFFHS-in siyahısına ilin ilk iki ayında ən azı 6 qol vuranlar düşüb.

Buna dünyanın 54 oyunçusu nail olub. “Əl-Sədd”in hücumçusu Akram Afif və “Əl-Duhail”in oyunçusu Maykl Olunqa Qətər çempionatında hərəyə 10 qola sevinib.

İlk “üçlüy”ü Bartolomeu Oqbeçe qapayır. O, Hindistanın “Hiderabad” klubunda 9 top vurub.

Eyni sayda qola sevinən Robert Levandovski (“Bavariya”) və Marko Livaya (“Hayduk”) əlavə göstəricilərdə geri qalır. Onlar Avropanın ən yaxşılarıdır.

ETOPAZ

Əvvəlki yazı

Qriliş Messidən ilham aldıqlarını bildirdi

Növbəti yazı

Günün kuponu – 03.03.2022