İki oyunun yeri dəyişdirildi

İki oyunun yeri dəyişdirildi

DÇ-2022-nin seçmə mərhələsinin iki oyununun yeri dəyişdirilir. Bunu Asiya Futbol Konfederasiyası açıqlayıb.

Avstraliya və İraq millilərinin ev oyunları başqa ölkədə keçiriləcək. Hər iki komandanın qarşılaşması Qətərin paytaxtı Dohada baş tutacaq.

Avstraliyadakı matçın yerinin dəyişdirilməsi koronavirusla əlaqədar sərt məhdudiyyətlərlə bağlıdır. İranı da Dohada qəbul edən İraq millisi təhlükəsizlik səbəbindən belə addım atıb.

Avstraliya Omanı, İraq isə Livanı burada qəbul edəcək. Bu görüşlər oktyabrın 7-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Benitesin hədəfindəki “Real”lılar

Növbəti yazı

Mbappe 45 milyonluq təklifi rədd etdi