İkardi PSJ-dən gedir

İkardi PSJ-dən gedir

Mauro İkardi klubunu dəyişmək niyyətindədir. Argentinalı futbolçu mövsümün sonunda PSJ-dən ayrılmağa qərar verib.

Hücumçu komandadakı durumundan narazıdır. Bu yay “Yuventus”a keçidi iki klub arasında danışıqların uğursuz alınması üzündən baş tutmayan İkardi 2021/22 mövsümünün ardından Parisdən ayrılacaq.

Qeyd edək ki, Mauro 2019-cu ildə “İnter”dən PSJ-yə icarə əsasında keçib. Bir il sonra onun Paris təmsilçisinə tam keçidi rəsmiləşib. İkardi cari mövsüm 11 matçda 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Millinin sabiq futbolçusu karyerasını bitirir

Növbəti yazı

110 min dollarlıq cərimə