Hatçinson “Finiks”də

Hatçinson “Finiks”də


“Finiks” hücumçu Çendler Hatçinsonla müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb. “San-Antonio”dan ayrılan 201 sm boya malik forvard yeni klubuna azad agent kimi keçib.
O, bu ilin yayında beştərəfli oyunçu dəyişikliyindən sonra “Spers”ə keçib. Çendler 2018-ci ilin draftında “Çikaqo” tərəfindən 22-ci nömrə altında seçilib. Ötən mövsümü “Vaşinqton”da bitirən hücumçu 18 matç keçirib. Hatçinson hər oyunda orta hesabla 5,2 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Vernerin “Çelsi”dəki qazancı

Növbəti yazı

Federerin rekordu təkrarlandı