Hamşik üçün vida matçı

Hamşik üçün vida matçı

“Trabzonspor”un futbolçusu Marek Hamşik son dəfə Slovakiya millisinin formasını geyinəcək. Bir neçə ay əvvəl yığma karyerasını bitirdiyini açıqlayan 35 yaşlı yarımmüdafiəçinin vida matçı olacaq.

Slovakiya Futbol Federasiyası rəsmi saytı vasitəsilə Hamşikin noyabrda son dəfə yığma formasında meydana çıxacağını açıqlayıb. Komanda noyabrın 20-də Bratislavada Çili ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Bu, həm də Hamşikin vida matçı ilə əlamətdar olacaq.

Qeyd edək ki, Marek Hamşik 2007-ci ildən ötən ilə qədər Slovakiya yığmasının heyətində 135 oyun keçirib, 26 qola imza atıb.
 

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan kubokunda püşk atıldı

Növbəti yazı

Broyaya daha bir müştəri