Halanddan növbəti rekord

Halanddan növbəti rekord

Erlinq Haland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. “Mançester Siti”nin hücumçusu bir mövsümdə vurulan qol sayında ən yüksək göstəricini rəsmiləşdirib.

Norveçli forvard “Vest Hem”lə görüşdə fərqlənib. Bu, 22 yaşlı oyunçunun 35-ci qoludur.

Haland mövsümdə 34 qol vuran Endi Koul (1993/94) və Alan Şireri (1994/95) keçib. Hətta bu hücumçular 20 deyil, 22 komandalı yarışda fərqlənib.

İngiltərənin yüksək liqasında daha çox qola sonuncu dəfə 1966/97 mövsümündə təsadüf olunub. Ron Devis həmin vaxt 37 dəfə fərqlənib.

Qeyd edək ki, mançesterlilər bu matçda 3:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Messiyə ağlasığmaz təklif

Növbəti yazı

Günün şansı – 05.05.2023