Həftənin ən yaxşıları: Lillard və Adetokumbo

Həftənin ən yaxşıları: Lillard və Adetokumbo

NBA-da beşinci oyun həftəsinin ən yaxşı oyunçuları açıqlanıb. Bu ada “Portlend”dən Demian Lillard və “Miluoki”dən Yannis Adetokumbo layiq görülüb.

Hər iki basketbolçu ötən həftə komandası ilə birlikdə 3 oyunun hamısında qələbə sevinci yaşayıb. “Portlend”in lideri bu qarşılaşmalarda orta hesabla 28,3 xal, 8,3 ötürməyə imza atıb. Onun 22 cərimə atışının hamısı dəqiq olub.

Yannis bu üç görüşdə orta hesabla 33,3 xal yığıb. O, 16,0 ribaund və 5,0 ötürmə ilə də fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

21-ci dəfə “Top-20”də

Növbəti yazı

“Mançester Yunayted” Valverde ilə danışıqlara başladı