Günün şansı – 24.11.2023
23:30
Orlando Magic – Boston Celtics 2
Mövsümün ən yaxşı müdafiə göstəricilərinə malik “Orlando” mövsümün lideri “Celtics”i qəbul edəcək. Son 5 oyunda qalib gələn “Orlando”nun uğurlu seriyasının bu matçda dayanacağını düşünürəm. Son səfər oyununda məğlub olan “Celtics”in bu gecə qalib gələcəyini düşünürəm
04:30
NY Knicks – Miami Heat -1
Ötən mövsümün finalçıları “Heat” səfərdə “Knicks”lə qarşılaşacaq. Son 3 oyunun hamısını səfərdə keçirən “Miami” onların ikisində qalib gəlib. Öz meydanın yaxşı nəticəsi olan “Knicks”in qələbə şanslarını daha yüksək qiymətləndirirəm
07:30
LA Clippers – NO Pelicans – 1
Ceyms Hardenin komandaya cəlb olunmasından sonra uğursuz seriyaya düşən “Clippers” son iki oyunda qalib gəlməyi bacarıb. Meydan sahiblərinin bu matçda da sevinən tərəf olacağını düşünürəm.