Günün şansı – 03.05.2024

Günün şansı – 03.05.2024

İndiana Peysers – Milvoki Baks 1

Seriyanı iki əsas ulduzu Yannis və Lillard olmadan davam etdirən “Baks” çətin səfər sınağına yollanacaq. Meydan sahibləri bu matçda qələbə qazansalar növbəti mərhələni təmin edəcəklər. “Milvoki”nin bu mövsüm də “üzüksüz” qalacağını düşünürəm və bu matçda qalib gələcəklərinə inanmıram.

Filadelfiya 76ers – Nyu-York Niks 1

Olduqca maraqlı keçən seriyada “Filadelfiya” son oyunda qalib gəlməklə hesabı 2:3 etdi. Bu dəfə Coel Embidin komandasının öz meydanında seriyanın ümumi hesabını bərabərləşdirmək imkanı var. Matçı meydan sahiblərinin qazanacağını düşünürəm.

Orlando Mecik – Klivlend Kavalyers 1

Ümumi durumu 2:3 olan seriyanı “Klivlend” üstünlüklə bitirməyə çalışacaq. Lakin meydan sahiblərinin şanslarını daha yüksək qiymətləndirirəm. Bu seriyanın da 7-ci oyuna uzanacağını təxmin edirəm.

İlkin Məmmədov

Əvvəlki yazı

”Atalanta”nın Qasperini planı

Növbəti yazı

Dest mövsümü bitirdi