Günün kuponu – 28.07.2024

Günün kuponu – 28.07.2024

Servett – İverdon Sport 1

Mövsümə yaxşı başlayan meydan sahibləri bu oyunun aşkar favoritidi.
Çempionatın ilk iki oyununda qalib gələn “Servett” mövsümə məğlubiyyətlə start verən “İverdon Sport”la matçda çətinlik çəkməməlidi.
“Servett”in azarkeşlərin də dəstəyilə özündən zəif rəqibi məğlub edəcəyi qənaətindəyəm.

Viktoriya Plzen – Hradets Kralove 1

Hər iki komanda çempionata qələbə ilə başlayıb. Rəqiblər arasında keçirilən son 4 oyunda Qol/Qol qeydə alınıb. Zənnimcə, bu dəfə də bolqollu oyun olacaq və güclü olan qalib gələcək.

Genk – Standard 1

Qitənin maraqlı çempionatlarından birində yeni mövsümə start verilir. Ötən mövsümü 47 xalla 6-cı pillədə bitirən “Genk” 34 xalla 10-cu olmuş “Standard”ı qəbul edəcək.
Bukmekerlər Torsten Finkin komandasını favorit sayır. Zənnimcə, meydan sahibləri bu etimadı doğruldacaqlar.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Şamaxı”dan yeni transfer

Növbəti yazı

Sürpriz kupon – 28.07.2024