Günün kuponu – 14.03.2022

Günün kuponu – 14.03.2022

“Malyorka” – “Real Madrid” – QOL/YOX

Son 4 matçda uduzan meydan sahiblərinin vəziyyəti qənaətbəxş deyil. La Liqada 16-cı sırada qərarlaşan “Malyorka” hazırda oyun baxımından əksər klublardan geridədir. Lider “Real” isə əksinə. Çempionlar Liqasında PSJ-ni məğlub edən kral klubu bu oyunda bəzi futbolçularına istirahət verə bilər.

“Qalatasaray” – “Beşiktaş” – QOL/QOL

Turnir cədvəlində komandalar arasında 10 xal fərq yaranıb. Cim Bom 15, qara qartallar isə 8-ci sırada qərarlaşıb. Səfərdə “Barselona” ilə qolsuz bərabərliyə nail olan  “Qalatasaray” cavab matçına ciddi hazırlaşmalı olacaq. İki nəhəng klubun duelini qolsuz təsəvvür etmək çətindi.

“Kristal Pelas” – “Mançester Siti” – QOL/QOL

Premyer Liqanın əsas favoriti “Mançester Siti” liderliyini davam etdirir. “Liverpul”dan 3 xal öndə olan qonaqlar səfərdə də inamlı təsir bağışlayır. Patrik Viyeranın gəlişindən sonra “Kristal Pelas” artıq bütün heyətlə müdafiədə keşik çəkmir. Lazım olanda hücuma keçərək qol vurmağa nail olur. Qonaqların qələbə qazanacağını düşünürəm.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Mahmudovdan dubl, “Neftçi”dən qələbə

Növbəti yazı

Sürpriz kupon – 14.03.2022