Günün kuponu – 12.12.2021

Günün kuponu – 12.12.2021

PSJ – “Monako” – qol /qol

PSJ son 2 turda “Lans” və “Nitsa” ilə heç-heçə oynasa da, ən yaxın izləyicisini 11 xal qabaqlayır. Belə böyük xal fərqi parisliləri daha  arxayın, bəzən isə məsuliyyətsiz oynamağa sövq edir. “Monako” isə sıradan bir rəqib deyil. Hücum potensialı yüksək olan “Knyazlıq klubu”nun prinsipial rəqibi ilə bu duelinin də həmişəki kimi maraqlı, məhsuldar keçəcəyini düşünürəm. PSJ-də zədəli Neymar heyətdə olmasa da, qol vurmaq üçün elə Messi və Mbappe kifayətdir. Fikrimcə, qol/qol oyunun ən real görünən variantıdır.

“Napoli” – “Empoli” – 2,5 üst

Bu komandaların son oyunlarına nəzər yetirdikdə, mərc etmək üçün ağıla gələn ilk variant “qol/qol” və ya “2,5 üst”dür. Neapol klubu liderlə 3 xallıq fərqin böyüməməsi üçün qələbəyə oynamağa məhkumdur. Digər tərəfdən 3 gün əvvəl Avroliqada “Lester”lə ağır oyun keçiriblər. Rəqibin yorğunluğu “Empoli”nin işinə yaraya bilər. Həm “Napoli”, həm də “Empoli” hücum futboluna üstünlük verdiyindən 2,5 üst variantına mərc etmək olar.

“Sassuolo” – “Latsio” qol /qol

Son 10 oyunun hamısı 2,5 üst – bax, belə bir qeyri-adi statistik göstəricisi var, “Empoli”nin. 26 qol vurub, 25-ni də buraxıblar. “Latsio”nun top balansı isə daha “cəlbedicidir” : 32-30. Romalıların oynadığı son 3 matçda qapılara toplam 16 qol vurulub. Belə göstəricilərə malik iki komanda qarşılaşırsa, qol /qol variantı ağlabatan deyilmi?

“Mister X”dən ən son “Günün Kuponu”

Mr. X

Əvvəlki yazı

“Keşlə” və “Sabah” 1/4 finalda

Növbəti yazı

Sürpriz kupon – 12.12.2021