Günün kuponu – 10.07.2024

Günün kuponu – 10.07.2024

Niderland – İngiltərə Mərhələni keçəcək: İngiltərə

Avro 2024 başlamazdan öncə İngiltərə favorit qismində göstərilən komandalardan idi. Onlar bu mərhələyə qədər parlaq oyun göstərməsələr də nəticələr uğurlu olub. Görünən odur ki, daha çox nəticəni düşünürlər. Niderlandın isə yarımfinala qədər püşkdə bəxti gətirdi. Məncə Kumanın komandası yarımfinalda dayanacaq və biz İngilətərəni finalda görəcəyik.

Uruqvay – Kolumbiya QOL/QOL

Braziliyanı mübarizədən kənarlaşdıran Uruqvay bu matçın favoriti hesab olunur. Amma onlar Braziliya ilə matçda çox güc sərf etdilər. Odur ki, kimin qalib gələcəyini əminliklə demək çətindir. Amma komandaların hücum potensialını nəzərə alanada qol-qol mərci daha uyğun görünür.

Slovan Bratislava – Ştruqa 1

Son illlər avropada uğurla çıxış edən “Slovan” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşmada problem yaşamamalıdır. Slovakiya təmsilçisi cütün taleyini elə ilk oyunda həll etməyə çalışacaq. Məncə bacaracaqlar!

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“İnter”də yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 10.07.2024