Günün kuponu – 09.11.2021

Günün kuponu – 09.11.2021

“Şapekoense” – “Flamenqo” – 2

Braziliya A seriyasına autsayder liderlər qrupunda qərarlaşan “Flamenqo”nu qəbul edəcək. Qonaqlar ehtiyatda 2 oyun olmasına rəğmən 53 xalla turnir cədvəlində 3-cü pillədə yer alıb. Son üç matçda uduzmayan “Flamenqo” hətta səfər matçlarında “Şapekoense”yə ciddi problemlər yaradır. Fikrimcə liderdən 12 xal geri qalan qonaqlar bu matçda qələbə qazanacaq.

“Aldosivi” – “Boka Xuniors” – 2

“Boka Xuniors” 19 oyundan sonra 8-ci pillədə yerləşir. Uğursuz mövsümlərindən birini keçirən “Aldosivi” 20-ci yerdədir. Meydan sahibləri son iki oyunda “Boka Xuniors”la bacarmayıb. Üstəlik heyətdə itkiləri var. Bu mənada Maradonanın sabiq komandasının qələbə qazanacağını düşünürəm. Qələbə qonaqlara mövqeyini yaxşılaşdırmağa kömək olacaq.

“Hurakan” – “Argentinos Xuniors” – 1

Ardıcıl üç matçda qələbə qazanan “Hurakan” növbəti tur “Argentinos Xuniors”u qəbul edəcək. Xal itkisi onuncu pillədə yer alan “Hurakan”a baha başa gələ bilər. “Hurakan” cari mövsüm evdə əksər rəqiblərinə problem yaradaxaq gücdədir. Düşünürəm ki, “Argentinos Xuniors” rəqibə qarşı layiqli müqavimət göstərə bilməyəcək.

“Şapekoense” – “Flamenqo” – 2 – 1.31

“Aldosivi” – “Boka Xuniors” – 2 – 1.68

“Hurakan” – “Argentinos Xuniors” – 1 – 2.30

CƏMİ: 5.06

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Remsinin müqaviləsinə xitam verilir

Növbəti yazı

Sürpriz kupon – 09.11.2021