Günün kuponu – 09.07.2023
“Hyuston” – “Kanzas” 2,5 ALT
Amerikanın qərb zonasının iki ortabab komandası qarşılaşır. Ev sahibi 20 oyundan sonra 27 xalla 7-ci yerdədir. Qonaq 20 oyundan sonra 24 xalla 10-cu pillədədir. Bu komandaların “Hyuston”da keçirdikləri son 7 qarşılaşma aşağı məhsuldarlıqla yadda qalıb. Bu oyuna ən doğru ehtimal olunan proqnoz 2,5 altdır.
“Tromso” – “Valerenqa” 1
Liderdən 1 oyun az keçirən “Tromso” 26 xalla 2-ci yerdədir. Evdə çempionata yaxşı start verməyən “Valerenqa” 10 xalla 13-cü pillədədir. Qələbələri sıralayan “Tromso”çətin ki bu əla şansı əldən qaçırsın. Növbəti 3 xalı qazamıb liderə yaxınlaşacaq.
“Kalmar” – “Elfsborq” QOL/QOL
İsveç çempionatına yaxşı start vermiş iki komanda qarşılaşır. Qonaq “Elfsborq” liderdən 2 xal geri qalır. Ev sahibidə yuxarı yerlər uğrunda mübarizə aparır. Açıq-aşkar bu oyunda favorit yoxdur. Ona görə bu oyuna düzgün proqnoz qol-qoldur.