Günün kuponu – 08.10.2024

Günün kuponu – 08.10.2024

Famalikao U23 – Akademika Vizeu U23 1

Portuqaliyanın gənclər liqasında günün ən maraqlı görüşlərindən biridir. Famalikaonun gənclər komandası bu görüşün favoritidir. Akademika Vizeu ilə görüşdə onların çətinlik yaşamayacağını düşünürəm. Məncə Famalikao bu görüşü qələbə ilə başa vuracaq.

MK Dons – Arsenal U21 QOL/QOL

Bu görüşdə MK Dons favorit olsa da, Arsenal gəncləri sürpiz edə bilər. Məncə həm Arsenal, həm də MK Dons meydanı qol vurmadan tərk etməyəcək. Ona görə qol/qol seçimi daha uyğun görünür.

Qrimbsi Taun – Linkoln Siti 2,5 ÜST

Məncə bizi bol qollu oyun gözləyir. Hətta ilk hissədən qolların vurulacağını ehtimal edirəm. Günün kuponunda ən azı 3 qolun vurulacağına mərc etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Musa Qurbanlı U-21-də

Növbəti yazı

Sürpriz kupon – 08.10.2024