Günün kuponu – 07.10.2024

Günün kuponu – 07.10.2024

Barracas Central – İndependiente Rivadavia QOL/QOL

Mövsümü boşa verən iki komanda qarşılaşır. Qonaqlar 19 xalla 22-ci pillədədi. Meydan sahibləri isə son pillənin daimi sahibinə çevrilib. Müdafiədə olan problemləri nəzərə alaraq məhsuldar nəticə proqnozlaşdırmaq olar.

Bradford City – Newport QOL/QOL
İngiltərə ikinci liqasında 10-cu tura start verilib. Ardıcıl 4 oyunda qələbəyə həsrət olan “Bredford Siti” bu dəfə azarkeşləri qarşısında bəraət almağa çalışacaq. Fikrimcə hər iki komanda meydanı qolsuz tərk etməyəcək.

Viborq – Sonderjyske ÜST3.5
Etopaz Danimarka çempionatında ehtiyat oyunçuların yarışına mərc gəlməyi təklif edir. Heyətlə bağlı problemləri olan hər iki tərəfin əsas müdafiəçilərinin iştirakı sual altındadı. Qonaqların səfərdə hücum futboluna sadiq qalmasına əsasən ÜST2.5 seçimi üzərində dayanıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Neftçi”dən antirekord

Növbəti yazı

Renatodan yubiley