Günün kuponu – 03.03.2022

Günün kuponu – 03.03.2022

“Everton” – “Boreham Vud” – ALT2.5

İngiltərə FA Kubokunda 1\8 final matçında “Everton” favorit hesab edilir. Premyer Liqada son iki matçda məğlub olan London təmsilçisi kubok matçında uğursuzluğa son qoymağa çalışacaq. Maraqlıdır ki, tərəflər indiyə qədər heç vaxt qarşılamayıb.

“Real Betis” – “Rayo Valekano” – QOL/QOL

İspaniya Kubokunda klublar arasında ilk matç 1-1 hesabı ilə yekunlaşıb. Qalib komanda turnirin finalına vəsiqə qazanacaq. Əksər oyunlarda meydanı qolsuz tərk etməyən “Real Betis” və “Raye Valekano” duelində qol\qol seçimini daha real hesab edirəm.

“Az Alkmar” – “Ayaks” – QOL/QOL

Niderland Kubokunda yarımfinal görüşü. Aşkar favoriti göstərmək asan deyil. Hər iki klub kubok yarışlarında əzmkarlıqla seçilir. Bununla belə “Ayaks” və “Az Alkmar” kubokun son matçında rəqiblərinə müvafiq olaraq 4 və 5 qolla qalib gəlib. Hər iki klubun meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

İlin ən çox qol vuran futbolçuları

Növbəti yazı

Sürpriz kupon – 03.03.2022