“Golden Boy”un sahibi bəlli oldu

“Golden Boy”un sahibi bəlli oldu

“Golden Boy” mükafatının sahibi bəlli olub. Ən yaxşı gənc oyunçu üçün təsis olunan mükafata Pedri sahib çıxıb.

“Tuttosport” nəşri İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisini Avropanın 21 yaşadək olan ən yaxşısı seçib. Mükafatlandırma mərasimi dekabrın 15-də Turində təşkil olunacaq.

Qeyd edək ki, ötən il mükafata Dortmund “Borussiya”sının və Norveç millisinin üzvü Erlinq Haland layiq görülüb.

ETOPAZ

Əvvəlki yazı

“Detroyt”un tarixinə düşdü

Növbəti yazı

Maykl Cordanın rekordu qırıldı