Foyt “Barselona” yolunda

Foyt “Barselona” yolunda

“Vilyarreal”ın baş məşqçisi Unay Emeri sağ cinah müdafiəçisi Xuan Foytun “Barselona”ya mümkün transferini dəyərləndirib. İspaniyalı mütəxəssis bu keçidi istisna etməyib.

Emeri Argentina millisinin üzvünü buraxmaq istəmədiklərini etiraf edib: “Deyəsən “Barselona”, həqiqətən də, Foytu transfer etmək istəyir. Xuan mənə “Vilyarreal”da xoşbəxt olduğunu söylədi. Onun gedişini istisna etmirəm, amma düşünürəm ki, qala da bilər”.

Qeyd edək ki, Xuan Foytun 30 milyon avro qarşılığında “Barselona”ya transferi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 24.08.2022

Növbəti yazı

Bellerin İspaniyaya dönə bilər