“Fiorentina”dan 14 milyonluq transfer

“Fiorentina”dan 14 milyonluq transfer

“Fiorentina” heyətinə yeni futbolçu qatıb. İtaliya klubu Jonatan İkonenin “Lill”dən transferini razılaşdırıb.

Bunu Fransa təmsilçisinin mətbuat xidməti açıqlayıb. Yarımmüdafiəçi İtaliyada transfer pəncərəsinin açılacağı yanvarın 3-də rəsmi müqavilə imzalayacaq.

Lakin “Lill”in razılığı ilə indidən İkone yeni komandası ilə məşq keçə biləcək. Onun transferi 14 milyon avroya başa gəlib. Daha bir 1 milyon məbləğində bonuslar nəzərdə tutulub. Futbolçunun gələcək satışından 15 faiz də “Lill”ə çatacaq.

ETOPAZ

Əvvəlki yazı

PSJ İkardini satır

Növbəti yazı

Günün kuponu – 01.01.2022