FİFA futbolçularını milliyə buraxmayan klubları cəzalandırdı

FİFA futbolçularını milliyə buraxmayan klubları cəzalandırdı


FİFA futbolçularını Braziliya yığmasına buraxmayan İngiltərə klublarını cəzalandırıb. Bu komandalar milliyə getməsinə imkan vermədiyi oyunçuları 5 gün müddətində meydana buraxa bilməyəcək. Buna əməl olunmasa, klubları daha ağır sanksiya gözləyir.
Belə cəza Braziliya Futbol Konfederasiyasının xahişindən sonra verilib. Ümumilikdə 5 klub DÇ-2022-nin seçmə oyunlarına buraxmadığı 8 futbolçunun xidmətindən məhrum olub. Bunlar Qabriel Jezuş, Ederson (hər ikisi “Mançester Siti”), Fabinyo, Alisson, Roberto Firmino (hamısı “Liverpul”), Rafinya Dias (“Lids”), Tyaqo Silva (“Çelsi”) və Freddir (“Mançester Yunayted”).
Konfederasiya “Everton”la bağlı şikayət etməyib. Buna səbəb seçmə oyunlarına buraxılmayan Rişarilsonun Olimpiya Oyunlarında iştirakına icazə verilməsidir.

ETOPAZ

Əvvəlki yazı

“Klippers”də yeni hücumçu

Növbəti yazı

“Flamenqo”dan təklif