Fernandu Santuş: “Qol vuran qələbə qazanır”

Fernandu Santuş: “Qol vuran qələbə qazanır”

Millətlər Liqasının III turunda millimiz növbəti matçını keçirəcək. Yığmamız Estoniyanın qonağı olacaq.

Oyundan öncə yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Həm futbolçu, həm də məşqçi karyeram olub. Xeyli müddətdir ki, bu işlə məşğulam. AFFA prezidenti ilə əlaqə saxladım. Daha sonra Azərbaycanda futbola nə qədər maraq olduğunu gördüm. Əsas məqsədim ölkədə futbolun inkişafına dəstək olmaq və Azərbaycanı yaxşı yerlərə qaldırmaqdır. Estoniya millisinin bundan əvvəlki iki oyununa baxmışam. Həmçinin, ötən il keçirilən Azərbaycan – Estoniya matçını da izləmişəm. Slovakiya ilə görüşün ikinci hissəsini çox yaxşı keçirdilər. Futbol belə oyundur, qol vuran qələbə qazanır. Biz də hücumda oynamağa üstünlük veririk. Sabah da çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək”.

ETOPAZ

Əvvəlki yazı

İkardi Argentina yolunda

Növbəti yazı

Abbas Hüseynov: “Qələbə qazanacağımıza inanıram”