Fernandu Santuş: “Kapitan qərar verməyi bacarmalıdır”

Fernandu Santuş: “Kapitan qərar verməyi bacarmalıdır”

Millimizin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bütün futbolçularımıza inanıram. Burada hər hansı bir cəza prinsipi yoxdur. Mən futbolçudan xoşum gəlir, yaxud gəlmir, deyə milliyə çağırmıram. Düzdür, Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar verməyi bacarmalıdır. İstənilən halda mən futbolçunu keyfiyyətlərinə görə milliyə dəvət edirəm. Tibb heyətindən məlumat verilib ki, hazırda heç bir zədəli oyunçumuz yoxdur. Yalnız Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcəyik. Digər futbolçu da Bəhlul Mustafazadəddir ki, zədəli olması haqda şübhə var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq. Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etməli oldum. Bəhlulla bağlı məsələ hələ ki, aydın deyil”.

ETOPAZ

Əvvəlki yazı

Millimizin heyəti açıqlandı

Növbəti yazı

“Qəbələ”də ayrılıq