“Espanyol”da vida

“Espanyol”da vida

“Espanyol” qapıçısı Dieqo Lopeslə vidalaşıb. Bunu Barselona təmsilçisinin mətbuat xidməti açıqlayıb.

İspaniya klubu müqaviləsi başa çatan 40 yaşlı qolkiperlə yeni anlaşmaya ehtiyac duymayıb. Bu komandada 6 mövsüm keçirən Lopes 213 matça çıxıb.

O, karyerası ərzində “Real” və “Milan” kimi klublarda da oynayıb. Qolkiper İspaniya yığmasında bir matç keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Qolden Steyt”dən qələbə

Növbəti yazı

Marrey London turnirindən kənar qaldı