Eriksen yenidən millidə

Eriksen yenidən millidə

Kristian Eriksen Danimarka millisinə çağırılıb. Baş məşqçi Kasper Hyulmend qarşıdakı toplanış üçün açıqladığı heyətdə ulduz futbolçuya da yer verib.

“Brentford”un yarımmüdafiəçisi Niderland (26 mart) və Serbiya (29 mart) ilə keçiriləcək yoldaşlıq görüşlərində millisinin formasını geyinə bilər. Məşqçilər korpusu həmin matçlara ümumilikdə 23 oyunçu dəvət edib.

Qeyd edək ki, Kristian Eriksen sonuncu dəfə ötən il AVRO-2020-nin qrup mərhələsində Finlandiya (0:1) ilə oyunda yığmanın formasını geyinib. Həmin görüşdə ürəyi dayanan və həkimlərin müdaxiləsindən sonra həyatını xilas etmək mümkün olan 30 yaşlı pleymeyker uzun müddət yaşıl meydanlardan uzaq qalıb.

ETOPAZ

Əvvəlki yazı

Cenk Tosun sıradan çıxdı

Növbəti yazı

“Betis”dən yeni transfer