Dünyanın ən bahalı klubları müəyyənləşdi

Dünyanın ən bahalı klubları müəyyənləşdi


Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb. Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES Football Observatory) tərtib etdiyi cədvələ “Mançester Siti” başçılıq edir. İngiltərə təmsilçisi indiki heyətinə ən çox pul xərcləyən klubdur. “Mançester Yunayted” ikinci pillədə qərarlaşıb. Mançesterlilər transferlərə 1 milyard avrodan artıq xərcləyib. İlk “üçlüy”ü PSJ qapayır.

  1. “Mançester Siti” – 1,08 milyard avro (bonuslarsız – 1,017 milyard avro)
  2. “Mançester Yunayted” – 1,023 milyard avro (bonuslarsız 866 milyon avro)
  3. PSJ – 939 milyon avro (bonuslarsız 845 milyon avro)
  4. “Real” – 787 milyon avro (bonuslarsız – 715 milyon avro)
  5. “Çelsi” – 780 milyon avro (bonuslarsız – 736 milyon avro)
  6. “Liverpul” – 672 milyon avro (bonuslarsız – 586 milyon avro)
  7. “Yuventus” – 657 milyon avro (bonuslarsız – 573 milyon avro)
  8. “Arsenal” – 630 milyon avro (bonuslarsız – 579 milyon avro)
  9. “Barselona” – 578 milyon avro (bonuslarsız – 445 milyon avro)
  10. “Tottenhem” – 551 milyon avro (bonuslarsız – 477 milyon avro).

ETOPAZ

Əvvəlki yazı

Neymar üçün 6,5 milyon avro

Növbəti yazı

Argentinalı futbolçular cəzalanacaq