Dörd ildən sonra finalda

Dörd ildən sonra finalda

Dünyanın sabiq 28-ci raketkası Joao Souza Punadakı turnirin finalına yüksəlib. Portuqaliyalı tennisçi Elias İmeri məğlub edib.

Souza yarımfinalda 5:7, 7:6, 7:5 hesabı ilə qələbə qazanıb. Bu görüş 3 saat 14 dəqiqə sürüb.

2019-cu ilin sentyabrından sonra ATP turnirlərində ardıcıl iki qələbə qazanmayan Souza uğursuz seriyalara son qoyub. O, həm də qalibi olduğu Eştoril turnirindəki 2018-ci il zəfərindən sonra ilk dəfə finala yüksəlib. Hazırda reytinqdə 137-ci olan 32 yaşlı tennisçi karyerasında 11-ci finalda oynayacaq. Onun üç titulu var.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.02.2022

Növbəti yazı

Qreq “Miluoki”ni seçdi