Donçiçdən yeni göstərici

Donçiçdən yeni göstərici

“Maveriks”in oyunçusu Luka Donçiç yenə məhsuldar oyun nümayiş etdirib. O, əfsanəvi Maykl Cordanın nailiyyətini təkrarlayıb.

Basketbolçu NBA-nın “Mecik”lə görüşündə (114:105) 44 xal toplayıb. 37 dəqiqənin nəticələrinə görə sloveniyalının hesabında 3 ribaund, 5 məhsuldar ötürmə və 1 müdaxilə var.

23 yaşlı Luka yeni mövsümün əvvəlində keçirdiyi 6 oyunun hər birində ən azı 30 xal toplayıb (35, 32, 37, 41, 31, 44). NBA-da sonuncu dəfə belə seriya (30 və ya daha çox xal) 1986-cı ildə Cordanın uğuru olub.

ETOPAZ

Əvvəlki yazı

Kroosdan ilk

Növbəti yazı

İspaniyalıların hegemonluğu davam edir