“Detroyt”un tarixinə düşdü

“Detroyt”un tarixinə düşdü

Keyd Kanninqem “Detroyt”un tarixinə düşüb. O, klub tarixində tripl-dabl müəllifi olan ən gənc basketbolçudur.

Keyd bu uğura “Leykers”lə matçda imza atıb. “Pistons” 116:121 hesabı ilə uduzsa da, builki draftın 1-ci nömrəsi ilk tripl-dablını rəsmiləşdirib.

O, 13 xal, 12 ribaund və 10 ötürmə ilə yadda qalıb. Meydanda 38 dəqiqə keçirən 20 yaşlı oyunçuyadək “Detroyt”un heyətində daha azyaşlı trpl-dabl müəllifi olmayıb.

ETOPAZ

Əvvəlki yazı

Van de Bek Xaviyə lazım olmadı

Növbəti yazı

“Golden Boy”un sahibi bəlli oldu