Dele Alli “Everton”da

Dele Alli “Everton”da

“Tottenhem” yarımmüdafiəçisi Dele Allini “Everton”a satıb. Liverpul təmsilçisi transferi rəsmən açıqlayıb.

25 yaşlı orta sahə oyunçusu yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb. Bu keçid “Everton”a havayı başa gəlib. Lakin tərəflər arasında razılığa əsasən, Alli yeni 20 oyun keçirdikdən sonra “Tottenhem”ə 12 milyon avro ödəniləcək. Digər mümkün bonusları da nəzərə alsaq, transfer 35-45 milyon avroya başa gələ bilər. Dele Alli 2015-ci ildən “Tottenhem”də çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Defo İngiltərə klubunda

Növbəti yazı

Qapıçı “Borussiya”da qaldı