Deku “Barselona”ya hücumçu tapdı

Deku “Barselona”ya hücumçu tapdı

İsveçrənin “Bazel” klubun futbolçusu Artur Mendonsa Kabral “Barselona”nın maraq dairəsinə düşüb. Hücumçu axtarışında olan İspaniya nəhəngi braziliyalı forvardı heyətində görmək istəyir.

Arturu La Liqa klubuna skaut kimi çalışan Deku məsləhət görüb. O, futbolçunun agenti Paulo Pitombeyra ilə danışıqlara da start verib.

“Barselona” Mendonsanı qışda almaq üçün futbolçularından birini satmalıdır. Arturun transfer qiyməti 8 milyon avrodur.

Qeyd edək ki, “Bazel”in futbolçusu cari mövsümdə 24 oyunda 23 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Dembele və Pedri derbidən kənarda

Növbəti yazı

Barti zirvədə, altı tennisçidən ilk