De Byazi: “Komandamın buna potensialı var”

De Byazi: “Komandamın buna potensialı var”

Millətlər Liqasında mübarizə aparacaq Azərbaycan millisi sabah Qazaxıstanla qarşılaşacaq. Görüşdən öncə yığmamızın baş məşqçisi Canni de Byazinin mətbuat konfransı keçirilib.

İtaliyalı mütəxəssis səfər matçı barədə fikirlərini açıqlayıb: “İnanıram ki, budəfəki Millətlər Liqası fərqli olacaq. Artıq özüm üçün heyəti müəyyənləşdirmişəm. Gələcəkdə bu komandaya düşəcək oyunçular var. Hazırda ən hazır futbolçular milliyə dəvət olunub. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var.

Güclü qrupda yer almışıq. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün mübarizə aparacaq. Maksimum xallar toplamağa çalışacağıq”.

De Byazi ot örtüyünün süni olmasına da münasibət bildirib: “Düşünürəm ki, qazonun süni olması problem olmamalıdır. Azərbaycanda da bu cür meydançalar var. Əsas çatışmazlıq kimi təqvimin sıx olmağını qeyd edə bilərik. Çünki oyunlar üç gündən bir olacaq”.

ETOPAZ

Əvvəlki yazı

Alkantara millidən ayrıldı

Növbəti yazı

Maksim Medvedev: “Ən optimal heyətlə mübarizə aparacağıq”