De Bruyne liderdir

De Bruyne liderdir

Çempionlar Liqasının qrup mərhələsində “Sevilya” ilə oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub. Belçikalı futbolçu komandasının 3:1 hesablı qələbəsinə 1 məhsuldar ötürmə ilə töhfə verib.

31 yaşlı pleymeyker 2022-ci ildə “şəhərlilər”in heyətində keçirdiyi 41 oyunun 40-da yaxından iştirak edib. De Bruynenin aktivində 16 qol, 24 məhsuldar ötürmə var. O, Premyer Liqa oyunçuları arasında bu göstəriciyə görə liderdir.

İlk “5-lik”də həmçinin Harri Keyn (“Tottenhem” – 38), Məhəmməd Salah (“Liverpul” – 32), Son Xın Min (“Tottenhem” – 27) və Ceyms Meddison (“Lester” – 25) qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Donçiçdən 60 ilin ən yaxşı göstəricisi

Növbəti yazı

“Milan” Jirunu heyətində saxlayacaq