Dalo “Mançester Yunayted” yolunda

Dalo “Mançester Yunayted” yolunda

“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalo komandada qalmağa qərar verib. O, 2022-23 mövsümünü İngiltərə klubunda keçirməyi planlaşdırır.

23 yaşlı portuqaliyalı futbolçu “qırmızı şeytanlar”ı tərk etmək fikrində deyil. Dalo “Mançester Yunayted”ə 2018-ci ildə keçib. İngiltərə komandası onun “Porto”ya transferi üçün 22 milyon avro ödəyib.

Komandanın heyətində keçirdiyi 65 oyunda Dalo bir qol vurub və üç məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə müqaviləsi gələn mövsümün sonunda başa çatır.

ETOPAZ

Əvvəlki yazı

Uinks “Sevilya”nın hədəfində

Növbəti yazı

Belçika millisində iki itki