Daha iki yığma mundialda

Daha iki yığma mundialda

DÇ-2022-nin daha iki iştirakçısı bəlli olub. Serbiya və İspaniya milliləri Qətərdəki mundiala vəsiqə qazanıb.

Hər iki komanda Avropa zonası üzrə seçmə mərhələnin X turunda buna nail olub. A qrupunda mübarizə aparan Serbiya Portuqaliyada 2:1 hesablı əzmkar qələbə qazanıb. Balkanlılar xal hesabını 20-yə çatdıraraq qrup qalibi kimi mundiala yüksəlib. Portuqaliya 3 xal geri qalaraq ikinci olub.

B qrupunun liderləri İspaniyada üz-üzə gəlib. İsveçə 1:0 hesabı ilə qalib gələn meydan sahibləri 19 xalla 1-ci yeri tutub. Şimallılar 15 xalla 2-ci yerlə kifayətlənib.

Bununla da DÇ-2022-yə vəsiqə qazananların sayı 9-a çatıb. Serbiya və İspaniyaya qədər Avropadan Danimarka, Almaniya, Fransa, Xorvatiya və Belçika, Cənubi Amerikadan Braziliya yığmaları bu hüququ qazanıb.

Portuqaliya və İsveçin mübarizə aparacağı Avropa zonası üzrə pley-offa daha öncə Şotlandiya, Avstriya, Rusiya, Uels, Çexiya və Şimali Makedoniya yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Yaxşı nəticəyə layiq idik”

Növbəti yazı

NBA tarixində 6-cı