Daha bir futbolçu karyerasını bitirdi

Daha bir futbolçu karyerasını bitirdi

Almaniya millisinin sabiq futbolçusu Qonsalo Kastro karyerasını bitirib. Bunu Dortmund “Borussiya”sı, “Bayer” və “Ştutqart” kimi klublarda oynamış yarımmüdafiəçi açıqlayıb.

Üç ay öncə 35 yaşını qeyd edən veteran peşəkar futboldan getməyə üstünlük verib. “Arminiya” ilə bu yay başa çatan müqaviləsinin ardından azad agent statusu alan Kastro yeni klub tapa bilməyib. Bu üzdən də futbola vida etmək qərarına gəlib.

Qeyd edək ki, yarımmüdafiəçi Bundesliqada 421 oyunda 38 qol və 80 assistə imza atıb. O, 2007-ci ildə debüt etdiyi Almaniya millisində 5 matç keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də iki itki

Növbəti yazı

“Çelsi” yeni idman direktoru gətirir