ÇL finalının yerinin dəyişdirilməsi ilə bağlı UEFA-dan açıqlama

ÇL finalının yerinin dəyişdirilməsi ilə bağlı UEFA-dan açıqlama

Rusiya və Ukrayna arasında siyasi gərginliyin yaranması fonundu qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşünün yerinin dəyişdirilməsi barədə şayiələr yayılıb. Böyük Britaniya mətbuatı qarşılaşmanın Rusiyadan alınıb Londona veriləcəyini iddia edib.

UEFA-nın verdiyi açıqlamada bildirilib ki, Çempionlar Liqasının Sankt-Peterburqda keçirilməli olan finalının yerinin dəyişdirilməsi planlaşdırılmır:

“UEFA daim və diqqətlə vəziyyəti izləyir. Hazırda final oyununun yerinin dəyişdirilməsi ilə bağlı heç bir plan yoxdur”.

Qeyd edək ki, mayın 28-də baş tutacaq oyun “Qazprom Arena”da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Noyer məşqlərə başladı

Növbəti yazı

“Ayaks” 34 nömrəni əbədiləşdirdi