“Cenoa”da yeni baş məşqçi
İtaliya “Cenoa”sında baş məşqçi təyinatı rəsmiləşib. Bunu A seriyası təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Genuya klubunu Aleksander Blessi çalışdıracaq. Onunla 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Almaniyalı çalışdırıcı istefaya göndərilən Andrey Şevçenkonu əvəzləyib.