Cenk Tosun Türkiyə klubuna dönür

Cenk Tosun Türkiyə klubuna dönür

“Everton”un forvardı Cenk Tosun yenidən Türkiyəyə qayıdacaq. 31 yaşlı hücumçunun budəfəki dönüşü birdəfəlik olacaq.

Çünki Türkiyə millisinin üzvü zədədən sonra heç cür əvvəlki formasını bərpa edə bilmir. Liverpul klubu müqavilə müddəti mövsümün sonuna qədər olan Cenkə yeni sözləşmə təklif etməyəcək. Yayda azad agent statusuna malik olacaq forvard yenidən “Beşiktaş”da çıxış edəcək. Britaniya mətbuatı onun “ağ-qaralar”la ilkin razılığa gəldiyini yayıb.

Qeyd edək ki, “Everton”a “Beşiktaş”dan keçən Cenk Tosun ötən ilin ilk 6 ayını icarə əsasında İstanbul klubunda keçirib.

ETOPAZ

Əvvəlki yazı

Olimpiya çempionu Dubay turnirindən imtina etdi

Növbəti yazı

Kristian Eriksen ürəyinin dayanmasından danışdı