“Çelsi”dən Arauxoya ikiqat maaş təklifi

“Çelsi”dən Arauxoya ikiqat maaş təklifi

“Barselona”nın futbolçusu Ronald Arauxo karyerasını İngiltərədə davam etdirə bilər. Müdafiəçi “Çelsi”nin maraq dairəsinə düşüb.

London klubu 22 yaşlı uruqvaylıya Antonio Rudigerin əvəzləyicisi kimi baxır. Yayda klubdan gedəcəyi gözlənilən almaniyalını məhz Ronald əvəzləməlidir.

“Çelsi” nümayəndələri müdafiəçi ilə danışıqlara başlayıb. Arauxoya “Barselona”dakı maaşının iki misli təklif olunub.

ETOPAZ

Əvvəlki yazı

Qreq “Miluoki”ni seçdi

Növbəti yazı

Derbidə “Milan”dan əzmkar qələbə