CAR klublararası dünya çempionatını keçirməkdən imtina etdi

CAR klublararası dünya çempionatını keçirməkdən imtina etdi

Cənubi Afrika Respublikası (CAR) klublararası dünya çempionatını keçirməkdən imtina edib. Buna koronavirusla bağlı vəziyyət səbəb olub.

Ölkədə vaksinasiya prosedurunun aşağı olması və turnirin təşkili üçün zəruri şəraitin yoxluğu federasiyasını belə addım atmağa məcbur edib. CAR-ın Böyük Britaniyanın “qırmızı siyahı”sında yer alması Çempionlar Liqasının qalibi “Çelsi”nin turnirdə iştirakına problem yaradır.

Bir müddət əvvəl Yaponiya da koronavirus səbəbindən çempionatın ev sahibliyindən imtina edib. FİFA-nın bu ilin dekabrında keçiriləcək turniri qəbul etmək üçün yalnız bir namizədi qalıb. Bu da Birləşmiş Ərəb Əmirlikləridir.

ETOPAZ

Əvvəlki yazı

Mbappe: “Yığmadan getməyə hazıram”

Növbəti yazı

“Bavariya” Levandovski ilə müqaviləni uzadır