“Böyük dəbilqə”də 4-cü dəfə 1/8 finalda

“Böyük dəbilqə”də 4-cü dəfə 1/8 finalda


“US Open”də 3-cü mərhələnin görüşləri keçirilir. Yalnız 5 tennisçi 2021-ci ildə “Böyük dəbilqə” turnirlərində 4-cü dəfə 1/8 finala yüksəlib. Onlardan dördü kişi, biri qadın iştirakçıdır.
Novak Cokoviç, Danil Medvedev, Aleksandr Zverev və Matteo Berrettini bütün turnirlərdə 3-cü mərhələni arxada qoyub. “US Open”ə qədər Novak hər üç turnirdə qalib olub. Danil “Australian Open”in finalında, “Rolan Qarros”un 1/4 finalında, “Uimbldon”un 1/8 finalında uduzub. Aleksandr “Australian Open”in 1/4 finalına, “Rolan Qarros”un 1/2 finalına, “Uimbldon”un 1/8 finalına qədər irəliləyib. Matteo “Australian Open”in 1/8 finalında, “Rolan Qarros”un 1/4 finalında, “Uimbldon”un finalında məğlub olub.
Qadınların yarışında isə İqa Şventek fərqlənib. Dünyanın 8-ci raketkası bu il “Böyük dəbilqə”də 4-cü dəfə 1/8 finala yüksəlib. O, “Australian Open”in və “Uimbldon”un 1/8 finalında, “Rolan Qarros”un 1/4
finalında uduzub.

ETOPAZ

Əvvəlki yazı

Hamesə Türkiyədən təklif

Növbəti yazı

“Yuventus”un sabiq futbolçusu 17 yaşında öldü